Azərbaycan Premyer Liqasında 4-cü turun hakim təyinatlar açıqlanıb.
İdmanxeber.com-un PFL-in rəsmi saytına istinadən yaydığı xəbərə görə, turun mərkəzi oyunu olan “Qəbələ” – “Zirə” matçını FİFA referisi Ömər Paşayev idarə edəcək.
9 sentyabr (şənbə)
“Qəbələ” – “Zirə”
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vüqar Bayramov, Rauf Cabbarov
Qəbələ şəhər stadionu, 20:30 (CBC Sport/canlı)
“İnter” – “Kəpəz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Orxan Məmmədov
“İnter Arena”, 17:00
10 sentyabr (bazar)
“Sumqayıt” – “Neftçi”
Hakimlər: Rəhim həsənov, Azər Əsgərov, Cəmil Quliyev, Ramil Diniyev
“Kapital Bank Arena”, 19:00 (CBC Sport/canlı)