Milli komanda

Azərbaycan – Şimali İrlandiya matçının hakim təyinatları açıqlandı

DÇ-2018-in seçmə mərhələsi çərçivəsidə keçiriləcək Azərbaycan – Şimali İrlandiya oyununu idarə edəcək hakimlərin adına aydınlıq gəlib.

İdmanxeber.com-un məlumatına görə, qarşılaşmanı ispaniyalı hakimlər briqadası idarə edəcək. Oyunda əsas söz sahibi Xavyer Estrada olacaq. Ona Migel Martines və Teador Sabrino kömək edəcək. 4-cü hakim funksiyasını isə Aleksandro Ernandes yerinə yetirəcək.

Qeyd edək ki, Şimali İrlandiya – Azərbaycan oyunu iyunun 10-u, saat 20:00-da  Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43