İdman

Azərbaycanlı FIFA referilərinə UEFA-dan təyinat

Azərbaycanlı FİFA referiləri  – Ömər Paşayevlə Rəhim Həsənov Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunlarına təyinat alıb.

İdmanxeber.com-un məlumatına görə, UEFA “OFK Titoqrad” (Monteneqro) – “B36 Torşavn”  matçını Ömər Paşayevə, “Zarya” (Moldova) – “Qurnik” (Polşa) görüşünü isə Rəhim Həsənova həvalə edib.

Avropa Liqası, 1-ci təsnifat mərhələsi, cavab oyunları

19 iyul

“OFK Titoqrad” (Monteneqro) – “B36 Torşavn” 

Baş hakim: Ömər Paşayev

Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Mübariz Haşımov

Dördüncü hakim: Əliyar Ağayev

“Zarya” (Moldova) – “Qurnik” (Polşa)

Baş hakim: Rəhim Həsənov

Baş hakimin köməkçiləri: Yaşar Abbasov, Akif Əmirəli

Dördüncü hakim: Rauf Cabbarov


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43