Dünya futbolu

Azərbaycanlı FİFA referisindən İslamiadada biabırçı səhv – VİDEO

Bakıda təşkil edilən IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışında hakim səhvi qeydə alınıb.

Bu, Azərbaycan millisinin də yer aldığı A qrupunun Kamerun – Mərakeş (1:1) matçında baş verib. Birincilərin görüşün 30-cu dəqiqəsində hesabı açdığı epizodda ofsayd olsa da, hakim qolu qeydə alıb.

Qarşılaşmanı FİFA referisi Rəhim Həsənovun baçılıq etdiyi hakimlər briqadası idarə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43