Ölkə futbolu

Azərbaycanlı futbolçu getdiyi məclisdə dünyasını dəyişdi

Dünən axşam saatlarında azərbaycanlı futbolçu dünyasını dəyişib.

Uzun illər “Göyəzən”in formasını geyinmiş Qoşqar Sarıyev ürəktutmasından həyatını itirib. 1979-cu il təvəllüdlü keçmiş oyunçu Qazaxda, dəvət aldığı məclislərin birində infarkt keçirib. Çay içdiyi yerdə qəfildən Sarıyevin halı pisləşib və yerə yıxılıb.

Yaxınlıqdakılar ilkin tibbi yardım göstərməyə çalışsalar da, onu ölümün pəncəsindən almaq mümkün olmayıb.

Allah rəhmət eləsin!


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43