Dünya futbolu

Ronaldo 1-ci, Messi 3-cü oldu

ESPN dünyanın ən məşhur idmançılarının kim olması ilə bağlı araşdırma aparıb.

Siyahı müəyyənləşdirilən zaman gəlirlər, sosial şəbəkələrə təsir və “Google” axtarış sistemindəki sorğular nəzərə alınıb.

Siyahının ilk pilləsində Portuqaliya millisinin və “Real”ın futbolçusu Kriştiano Ronaldo qərarlaşıb. Basketbolçu Lebron Ceyms ikinci, Lionel Messi üçüncü olub.

Dünyanın ən məşhur 10 idmançısı aşağıda adları qeyd olunanlardır:

1. Kriştiano Ronaldo (futbol)

2. Lebron Ceyms (basketbol)

3. Lionel Messi (futbol)

4. Roje Federer (tennis)

5. Fil Mikelson (qolf)

6. Neymar (futbol)

7. Useyn Bolt (atletika)

8. Kevin Dürant (basketbol)

9. Rafael Nadal (tennis)

10. Tayger Vuds (qolf)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43