Dünya futbolu

Petr Çex yenə ən yaxşı futbolçu seçildi

“Arsenal”ın qapıçısı Petr Çex ölkəsi Çexiyada mövsümün ən yaxşı futbolçusu seçilib.

İdmanxeber.com-un məlumatına  görə, 35 yaşlı qolkiper yerli jurnalistlər arasında keçirilən səsvermədə birinci olub və “Çexiyanın Qızıl topu” mükafatına sahib çıxıb.

Bununla da o, bu mükafatı 11-ci dəfə qazanaraq rekord qırıb.

P.Çex bu mövsüm “Arsenal”la İngiltərə kubokunu qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43