İdman

“Azəryol” yarımfinalda!

Qadın voleybolçular arasında CEV kubokunun “Çelenc raund” mərhələsinin cavab oyunları keçirilir.

İdmanxeber.com-un məlumatına görə, Azərbaycanın “Azəryol” klubu İtaliyada “Novara”nın qonağı olub.

Bakıda baş tutan ilk görüşdə rəqibinə 3:1 hesabı ilə qalib gələn Ziya Rəcəbovun komandası rəqibinə eyni hesabla uduzub. Buna görə də, cütün taleyi “qızıl set”də həll olunub. Bu setdə 15:13 hesabı ilə qalib gələn təmsilçimiz yarımfinala vəsiqə qazanıb.

23 fevral

CEV Kuboku, Çelenc raundu

23:30. “Novara” (İtaliya) – “Azəryol” (Azərbaycan) – 3:1 (25:23, 26:28, 25:23, 25:18)
Qızıl set: (13:15)
Hakimlər: Kiril Nesterenko (Rusiya), Boris Skudnik (Sloveniya)
Novara, Novara İdman Sarayı


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43