Kateqoriyasız

“Bakcell Arena”da son sınaq

Bu gün 17 yaşadək futbolçular arasında Avropa çempionatının elit-raundunun II qrupunun son oyunları keçiriləcək.

İdmanxeber.com-un məlumatına görə, millimiz son qarşılaşmada Serbiya ilə üz-üzə gələcək.

Hər iki qarşılaşmada darmadağın olan Mirbağır İsayevin yetirmələri serbləri məğlub etməklə qrup sonuncusu olmamağa çalışacaq.

Avropa çempionatının elit-raundu

22 mart

16:30. Azərbaycan – Serbiya

Hakimlər: Dominik Ouşan, Andreas Heydenrayx (hər ikisi Avstriya), İoannis Lazardu, Dimitrios Massias (hər ikisi Kipr)

Bakı. “Bakcell Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43