Ölkə futbolu

“Bakı” 133 günlük həsrətə son qoydu

“Bakı” qələbəsiz oyunlar seriyasına son qoyub.

İdmanxeber.com-un məlumatına görə, cari mövsümdə qələbə qazanmayan yeganə komanda olan paytaxtın eyniadlı təmsilçisi VII turun “Araz-Naxçıvan”la qarşılaşmasında 3 xal əldə edib – 2:1. Sonuncu qələbəsini ötən mövsümün axırıncı turunda əldə edən bakılılar mayın 17-də “Rəvan”a qalib gəlmişdi – 3:2. Növbəti çempionat qələbəsini 133 gün gözləyən “Bakı” bu müddətdə 5 uğursuz matç keçirmişdi. Bu qarşılaşmalarda cəmi 1 xal qazanan paytaxt təmsilçisinin mövsümdəki ilk qələbəsi həm də baş məşqçi İbrahim Uzunca üçün əlamətdar olub. Türkiyəli mütəxəssis Premyer Liqada ilk dəfə 3 xala sevinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43