Kateqoriyasız

Qurban Qurbanovdan yubiley qələbə

Topaz Premyer Liqasının VII turu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olub. 42 yaşlı mütəxəssis rəhbərlik etdiyi komanda ilə Azərbaycan çempionatlarında 100-cü qələbəsini qazanıb. 

İdmanxeber.com-un məlumatına görə, yubiley Qurbanovun məşqçilik karyerasını başladığı “Neftçi” ilə görüşə təsadüf edib. 3:1 hesabı ilə qalib gələn Ağdam təmsilçisi 2008-ci ildən bu klubda çalışan mütəxəssislə çempionatda 100-cü dəfə 3 xal əldə edib.

Qurbanovun baş məşqçiliyi dövründə “Qarabağ”ın qazandığı 100 qələbə 7 mövsümə təsadüf edib: 2008/09 – 14, 2009/10 – 14, 2010/11 – 17, 2011/12 – 15, 2012/13 – 16, 2013/14 – 21, 2014/15 – 3.

Qurbanov Azərbaycan çempionatları tarixində eyni komanda ilə 100 və daha çox qələbə qazanan 3-cü baş məşqçi olub. Ona qədər Qəhrəman Əliyev “Viləş”, Mehman Allahverdiyev “Kəpəz”də 100-ü arxada qoya bilmişdi.

Qeyd edək ki, ölkə çempionatlarında “Neftçi”ni də çalışdıran Qurbanov bu komanda ilə 19, ümumilikdə isə 119 qələbə qazanıb. Bu göstəricidə Azərbaycan rekordu Ağasəlim Mircavadova məxsusdur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43