Kateqoriyasız

“Bakı-2015”: Karate yığmamızdan 4-cü qızıl medal! – YENİLƏNİB

Bu gün Bakı-2015 I Avropa Oyunlarında karateçilərin mübarizəsinə yekun vurulacaq.

İdmanxeber.com-un məlumatına görə, 6 dəst medal öz shaibini tapacaq.

Kumite

Kişilər

84 kq

B qrupu

Bu çəkidə mübarizə aparan Ayxan Mamayev bütün görüşlərində qalib gəlməklə finala vəsiqə qazanıb. Mamayev finalda yunanıstanlı Mixail Giorgios Tzanosla qarşılaşıb və rəqibini məğlub edərək çempion olub.

+84 kq

B qrupu

Azərbaycan karateçisi Şahin Atamov keçirdiyi 3 görüşün hər birində uduzaraq qrupda qalıb.

Qadınlar

68 kq

A qrupu

Azərbaycan yığmasının milliləşdirilmiş karateçisi İrina Zaretska uğurla finala kimi adlayıb. Finalda avstriyalı Alisa Buçingerlə qarşılaşacan karateçimiz inamlı qələbə qazanaraq çempion adına yiyələnb.

+68 kq

A qrupu

Bu çəkidə mübarizə aparacaq Aytən Səmədli keçirdiyi görüşlərdə məğlub olaraq turnirlə erkən vidalaşıb.

Kata

Kişilər

B qrupu

Bu qrupun ilk görüşü həmyerlimiz Tural Balcanlı ilə türkiyəli Yakan Mehmet arasında olub. Karateçimiz debütdə məğlubiyyətə üzülüb. Avropa və Dünya Kubokunun mükafatçısı ardınca fransalı Dak Min və rumıniyalı Quta Adriandan da zəif təsir bağışlayıb – 0:5. Nəticədə qrupda 3-cü yeri tutan Balcani mərhələ adlaya bilməyib.

Qadınlar

B qrupu

Ölkəmizi təmsil edən Adilə Qurbanova da Balcani kimi yarışla vaxtından əvvəl vidalaşıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43