İdman

“Bakı-2015” Romada

İtaliyanın Roma şəhərində “Bakı-2015” Avropa Oyunlarının təqdimat mərasimi keçiriləcək.

Bu məqsədlə gənclər və idman naziri Azad Rəhimov bu ölkədə rəsmi səfərdədir.

Bu gün Romada “Galleria nazionale d’arte moderna”-da (Müasir İncəsənət Milli Qalereyası) baş tutacaq tədbirdə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki, İtaliya Milli Olimpiya Komitəsinin prezidenti Giovanni Malaqo, İtaliyanın təhsil naziri Stefania Giannini, digər rəsmilər və qonaqlar iştirak edəcəklər.

“Bakı-2015” Avropa Oyunlarının təqdimatı çərçivəsində 300-ə yaxın qonaq ölkəmizin mədəniyyətini, tarix və adətlərini özündə əks etdirən sərgi ilə tanış ola biləcəklər.

Tədbirin sonunda qonaqlar üçün konsert proqramı təşkil olunacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43