Kateqoriyasız

Bakı “İnter”i “Verder”lə qarşılaşacaq

Bakının “İnter” klubunun Türkiyədə təlim-məşq toplanışı keçirəcəyi dəqiqləşib.

İdmanxeber.com-un məlumatına görə, paytaxt təmsilçisi yanvarın 3-dən 23-nə qədər Türkiyənin Antalya şəhərində toplanışda olacaq.

Bank klubu Türkiyədə 4 yoxlama matçı keçirəcək.  Komanda Almaniyanın “Verder” klubunun ikinci komandası ilə qarşılaşacaq. Oyun  yanvarın 12-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43