Kateqoriyasız

Bakı Olimpiya Stadionunda son vəziyyət (VİDEO)

Tofiq Bəhramov adına Respublika stadionu və Baksell arenanın ot örtüyünün tez-tez sıradan çıxması son vaxtların ən aktual məsələllərindəndir. Azərbaycan yığması Avropa nəhənglərindən İtaliyanı Bakı Olimpiya stadionunda qəbul edəcək. İlk dəfə futbol matçının keçiriləcəyi arena yaxşı vəziyyətdədir.

Arenanın qazonu 25 gün əvvəl dəyişdirilib.Bu işləri həyata keçirən şirkətin nümayəndəsi əmin edir ki, əgər qazon yüklənməsə ən azı 1 il heç bir problem olmayacaq.

Matça 4 gün qaldığından hazırlıqlar tamamlanmaq üzrədir. Oturacaqlar təmizlənir, digər təşkilatı işlərin də həll ediləməsi üçün işlər aparılır. Azərbaycan- İtaliya matçı oktyabrın 10-u 21:00-da Bakı Olimpiya Stadionunda başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43