Kateqoriyasız

“Bakı” – “Rəvan”: 5-ci duelə doğru

Topaz Premyer Liqasının 2013-2014-cü illər mövsümünün 3-cü turu çərçivəsində “Bakı” klubu doğma divar arasında “Rəvan”ı qəbul edəcək.

Bu vaxta qədər komandalar 4 dəfə üz-üzə gəlib.

Oyunların ikisində “Bakı” qalib gəlib, digər ikisində isə heç-heçə qeydə alınıb. Komandalar arasında keçirilən oyunlarda 10 top vurulub. 6 top “Bakı”nın, 4 top isə “Rəvan”ın aktivindədir.

Xatırladaq ki, Topaz Premyer Liqanın 3-cü turu cərçivəsində keçiriləcək “Bakı” – “Rəvan” matçı avqustun 8-də, saat 18:00-da “Bakı” klubunun təlim-məşq bazasının stadionunda baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43