İdman

Bakıda parad keçiriləcək

İyulun 12-də “Bakı-2015” I Avropa Oyunlarının könüllülərinə və Azərbaycan milli yığmasının idmançılarına həsr olunmuş xüsusi tədbir keçiriləcək.

Tədbir Azərbaycan Gənclər və İdman Nazirliyi ilə “Bakı-2015” Avropa Oyunlarının Əməliyyat Komitəsinin təşəbbüsü ilə baş tutacaq.

“Tarix yazdıq! Tarixə yazıldıq!” şüarı altında baş tutacaq tədbir iki hissədən ibarət olacaq. Tədbirin birinci hissəsində Azərbaycan millisinin idmançılarının və Avropa Oyunlarının könüllülərinin iştirakı ilə “Bakı-2015” paradı baş tutacaq.  Parad saat 20.00-da Əl Oyunları Sarayından başlayaraq Dənizkənarı Milli Parkda, “Saat qülləsi”nin yanında yekunlaşacaq.

“Bakı-2015” paradı xüsusi konsert proqramı ilə davam edəcək. “Bakı-2015 Avropa Oyunları”nın könüllülərinə və Azərbaycan millisinin idmançılarına həsr olunmuş konsert proqramı saat 21.00-da “Saat qülləsi”nin yanında başlayacaq və müğənnilərin iştirakı ilə davam edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43