Kateqoriyasız

“Bakıda yalnız qələbə qazanmalıyıq”

“Sonuncu dəfə nə zaman qələbə qazandığımızı xatırlamıram. Qələbə qazanmağın əsl vaxtıdır”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Moldova millisinin müdafiəçisi İqor Armaş noyabrın 17-də millimizlə keçirəcəkləri yoldaşlıq görüşü haqda danışarkən deyib.

O, Bakıda yalnız qələbəyə oynayacaqlarını bildirib:”Baş verənləri izləməyə utanıram. Artıq mentaliteti dəyişməyə məcburuq. Əgər bunu etsək, nəticə özünü çox gözlətməyəcək. Qarşıda Azərbaycanla oyunumuz var. Bakıda yalnız qələbə qazanmalıyıq”.

Qeyd edək ki, Bakı Olimpiya stadionunda keçiriləcək Azərbaycan – Moldova oyunu saat 21:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43