İdman

Bakıda yeni yaranan “Xəzər” klubu haqda: Kimin komandasıdı, sponsoru kimdi?

I Divizionun debütantı “Xəzər” bu gün də çoxları üçün sirli qutudur.

İdmanxeber.com-un məlumatına görə, Klub kimindir, sponsoru kimdir, kim yaradıb, çox adama qaranlıq olaraq qalır. Araşdırmalar nəticəsində  bu komanda da SOCAR-a yaxın komanda çıxıb. Komandanın yaranmasında təşəbbüskar məhz federasiya olub. “Xəzər”in sponsoru “PSG Kapital İnvestisiya Şirkəti”dir.  Bu şirkətin rəhbəri isə Şahin Rəcəbovdur. Sözügedən şirkət SOCAR istiqrazlarının satışını təşkil edir.  “PSG Kapital İnvestisiya Şirkəti” eyni zamanda bu istiqrazların təkrar bazarı üzrə marketmeykeridir. (rekord.az)



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43