Kateqoriyasız

“Bakı”da yenidən qiyam

"Bakı"da 3 aydır ki, maaşlar verilmir.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, paytaxt klubunun futbolçuları məşqi və qarşıdakı oyunu boykot ediblər. Oyunçular maaşlarının verilməyəcəyi təqdirdə növbəti tur baş tutacaq "Energetik"lə oyuna çıxmayacaqlarını bildiriblər. Artıq futbolçular bir neçə gündü məşqə də çıxmırlar.

"Rəvan"la kubok matçında da sadəcə oyunu yola verməyə çıxan "zolaqlılar"ın futbolçuları pullarının verilməyəcəyi təqdirdə bu boykotu davam etdirəcəklərini bildiriblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43