Ölkə futbolu

Baqali Dabodan 25-ci qol

“Neftçi”nin futbolçusu Baqali Dabo Azərbaycan çempionatlarında 25-ci qolunu vurub. Yubiley topu Topaz Premyer Liqasının IX turunun “Qarabağ”la ev oyununa (3:1) təsadüf edib. Fransalı hücumçu çempionatda keçirdiyi 52-ci qarşılaşmada 25-ci dəfə fərqlənib. Dabo yarışın tarixində 25 və daha çox qol vuran 109-cu futbolçudur. Hücumçu bu toplardan 20-ni “Qəbələ”, 5-ni indiki klubu “Neftçi”də vurub.

Çempionatda debüt etdiyi 2016/17 mövsümündə 7 dəfə fərqlənən Baqali, bombardiri olduğu ötən çempionatda 13 dəfə qol sevinci yaşamışdı. Digər 5 top isə cari mövsümün arxada qalan 9 turuna təsadüf edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43