İdman

“Barselona” darmadağın oldu, “Borussiya” səfərdən məğlub dönür (YENİLƏNİB)

UEFA Çempionlar Liqasında 2 aylıq fasilə bu gecə başa çatacaq.

İdmanxeber.com-un məlumatına görə, qitənin ən nüfuzlu klub turnirində  1/8 final mərhələsinə start veriləcək.

İlk oyun günündə iki qarşılaşma baş tutacaq. Günün ən maraqlı matçı Parisdə keçiriləcək. Fransada PSJ turnirin ən iddialı komandası "Barselona" ilə üz-üzə gələcək. 

Tərəflər arasında baş tutmuş son 3 oyunun hamısında katalonlar qələbəni bayram edən tərəf olub.

Digər matç isə Portuqaliyada keçiriləcək. Burada "Benfika" Dortmundun "Borussiya" klubu ilə münasibətlərə aydınlıq gətirməyə çalışacaq.

UEFA Çempionlar Liqası

1/8 final mərhələsi, ilk oyunlar

14 fevral

23:45. “Benfika” (Portuqaliya) – “Borussiya” (Dortmund, Almaniya)  1:0

Baş hakim: Nikola Ritsoli (İtaliya)

23:45. PSJ (Fransa) – “Barselona” (İspaniya)  4:0

Baş hakim: Şimon Marçinyak (Polşa)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43