İdman

“Barselona”dan fantastik geri dönüş, “Borussiya” 1/4 finalda (YENİLƏNİB)

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki cavab matçı keçiriləcək.

İdmanxeber.com-un məlumatına görə, "Barselona" PSJ-ni, "Borussiya" isə "Benfika"nı qonaq edəcək.

Parisdə PSJ qarşısında duruş gətirə bilməyərək darmadağın olan "Barsa" (0:4) revanş oyununda bu acı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.

Günü digər matçında Dortmund "Borussiya"sı ilk oyunda məğlub olduğu "Benfika"nı sınağa çəkəcək. Almanlar görüşün favoriti olsa da, ilk oyunda qələbə qazanan portuqalların da şansları az deyil.

UEFA Çempionlar Liqası

1/8 final mərhələsinin cavab oyunları

8 mart

23:45. “Barselona” (İspaniya) – PSJ (Fransa)  6:1
QOL: L.Suarez, 3 (1:0); L. Kurzava, 42-avtoqol (2:0); Messi 50-pen (3:0); E.Kavani, 62 (3:1); Neymar, 88 (4:1); 90 (5:1); S.Roberto, 90+4 (6:1)

Baş hakim: Dəniz Aytəkin (Almaniya)

İlk oyun: 0:4

23:45. “Borussiya” (Dortmund, Almaniya) – “Benfika” (Portuqaliya)  4:0
QOL: P.Aubomeyanq, 4 (1:0); 61 (3:0); 85 (4:0); K. Pulsiç, 59 (2:0)

Baş hakim: Martin Atkinson (İngiltərə)

İlk oyun: 0:1


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43