Dünyadan

“Barselona”dan İnyestaya BÖYÜK JEST

Andreas İnyesta futbolçu karyerasını bitirdikdən sonra da “Barselona”da qala bilər. 
İdmanxeber.com xəbər verir ki, İspaniya mətbuatı Kataloniya klubu təcrübəli yarımmüdafiəçiyə ömürlük müqavilə təklif edəcəyini yazıb.
Təklifi qəbul edəcəyi halda, İnyesta “Barselona”da istədiyi qədər qala bilər. Futbolçu karyerasını bitirikdən onra isə o, klubda başqa vəzifə tutacaq.
Xatırladaq ki, 32 yaşlı futbolçu “Barselona”nın yetirməsidir. O, Kataloniya klubunun əsas komandasında 14 il əvvəl debüt edib.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43