“Barselona”nın maraq dairəsində olan Tomas Müller bu klubda oynamaq istəmədiyini bildirib.
İdmanxeber.com-un məlumatına görə, Münhen klubunun futbolçusunun meneceri Lodviq Koq oyunçunun “Barselona”ya gedəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildrərkən, onun heç vaxt bu klubu düşünmədiyini bildirib:
“Müller heç vaxt “Barsa”ya getməyi düşünməyib”.
Müllerlə “Liverpul”, “Arsenal” və “Mançester Yunayted”in də maraqlandığı iddia edilir.