Dünya futbolu

“Barselona”nın Amerikada oynayacağı matçın tarixi bəlli oldu

“Jirona” – “Barselona” matçı ABŞ-da keçiriləcək.

İspaniya Futbol Federasiyasının  “Relevand Sport” şirkəti ilə bağladığı müqaviləyə əsasən, cari mövsümdə La Liqanın bəzi matçları Amerikada oynanacaq. Son çempion Kataloniya təmsilçisinin də ölkə xaricində oynayacağı matç bəlli olub.  Çempionatın XXI turunda keçiriləcək  “Jirona” –  “Barselona” qarşılaşması ABŞ-da baş tutacaq. Qarşılaşmanın hansı stadionda oynanacağı barədə heç bir məlumat verilməyib.

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43