Kateqoriyasız

“Barselona”nın şikayəti rədd edildi

“Barselona”nın futbolçusu Luis Suareslə bağlı apellyasiya şikayəti rədd edilib.

İdmanxeber.com-un məlumatına görə, Kataloniya klubunun uruqvaylı hücumçunun cəzasının ləğv edilməsi ilə bağlı müraciəti qəbul edilməyib.

Suares İspaniya kubokunda “Espanyol”a qarşı matçda rəqib futbolçulara qarşı təhrik və təhdidedici ifadələr səsləndirdiyi üçün iki oyunluq cəzalandırılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43