Kateqoriyasız

BATE-nin oyunu “Qarabağ”a görə təxirə salındı

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq BATE-nin Belarus kubokundakı oyunu təxirə salınıb.

İdmanxeber.az-ın məlumatına görə, BATE-nin 1/8 finalda qarşılaşacağı “Qorodeya” ilə görüşün vaxtı dəyişdirilib. “Qorodeya” klubunun yaydığı xəbərdə bildirilir ki, avqustun 11 və ya 12-də oynanılmalı olan görüşün vaxtının başqa tarixə keçirilib.

Dəyişikliyin BATE-nin “Qarabağ”la ev oyunu ilə əlaqədar olduğu ehtimal edilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43