Dünyadan

“Bavariya” nə olduğunu anlamadan .. – VİDEO

Liqada “Dortmund”a məğlub olan “Bavariya”, təsəllini Çempionlar Liqasında axtardı, amma tapa bilmədi.

İdmanxeber.com-un məlumatına görə, UEFA Çempionlar Liqası D qrupu mübarizəsində “Rostov” “Bavariya” ilə üz-üz gəlib. “Rostov” qarşılaşmanı 3-2 hesablı nəticə ilə qazanarkən, Karlo Ançelottinin komandasının rəsmi matçlardakı qalibiyyət həsrəti üç matça çıxdı.

Tarixində ilk dəfə Çempionlar Liqasında mübarizə aparan və bu matça qədər yalnız bir xal toplayan rus təmsilçisi, “Bavariya” qarşısında olduqca çətin mübarizə ortaya qoyaraq, tarixi ərzində bu turnirdə ilk qələbəsini qazandı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43