Dünya futbolu

“Bavariya” Qoretska ilə razılığa gəldi

“Şalke”nin yarımmüdafiəçisi Leon Qoretska mövsümün sonunda “Bavariya”ya keçə bilər.

Məlumata görə, münxenlilər gələn yay azad agent olacaq 22 yaşlı futbolçu ilə şəxsi müqavilənin razılığını əldə ediblər.

“Bavariya” bunun üçün “Şalke”yə 20 milyon avro ödəməyə razıdır. Lakin Gelzenkirxen təmsilçisi futbolçu ilə müqaviləni artırmağa cəhd edir.

Cari mövsüm 29 oyunda iştirak edən Qoretska 5 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43