Dünyadan

“Bavariya” Robbenlə yeni müqavilə imzaladı

“Bavariya” yarımmüdafiəçisi Aryen Robbenlə müqavilə müddətini uzatmağa qərar verib.

İdmaxeber.com-un məlumatına görə, 32 yaşlı hollandiyalı ilə yeni sazış 2018-ci il iyunun 30-dək qüvvədə olacaq.

Xatırladaq ki, hollandiyalı oyunçu 2009-cu ildən “Real”dan “Bavariya”ya transfer olunub. Almaniya çempionunun heyətində, ümumilikdə 219 oyun keçirən hollandiyalı 115 dəfə rəqib qapılarına yol tapmağı bacarıb. Bundesliqanın cari mövsümdə 10 dəfə meydana çıxan Robbenin aktivində 5 qol və 4 məhsuldar ötürmə var.

Qeyd edək ki, “Bavariya” ilə 5 dəfə ölkə çempionu, 4 dəfə Almaniya kuboku, Superkubok, Çempionlar Liqası, UEFA Superkuboku və klublararası dünya çempionu titulunu qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43