Dünya futbolu

“Bavariya” Sanşeş və Koştanı satmaq istəyir

“Bavariya”nın futbolçuları Duqlas Koşta və Renatu Sanşeş yayda komandanı tərk edəcəklər.

İdmanxeber.com-un məlumatına görə münxenlilər Koşta ilə 40 milyon avro müqabilində ayrıla bilərlər. 26 yaşlı braziliyalı ilə “Yuventus”, “Mançester Siti” , “Mançester Yunayted” və PSJ  maraqlanır.

Sanşeşin satışından isə klub 35 milyon götürmək niyyətindədir. 19 yaşlı futbolçu “İnter”, “Yuventus”, “MY”, “Monako” və “Marsel”ə keçə bilər. Onun icarəyə veriləcəyi də gündəmdədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43