Dünyadan

“Bavariya” yenə çempiondu – VİDEO

Bu gün Almaniya superkubokunun qalib bəlli olub.

İdmanxeber.com-un məlumatına görə, ölkə çempionu “Bavariya” kubokun sahibi “Borussiya” (Dortmund) ilə qarşılaşıb. 

Əsas və əlavə vaxtı 2:2 hesabı ilə başa çatan görüş penaltilər seriyasına qədər uzanıb. Burada daha dəqiq olan Münhen klubu superkubokun sahibi olub.

5 avqust

Almaniya superkuboku

“Borussiya” (Dortmund) – “Bavariya” – 2:2 (penaltilər – 4:5)

Qollar: Pulisiç, 12 (1:0), Levandovski, 18 (1:1), Obameyanq, 71, (2:1), Burki, 88-avtoqol (2:2)

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43