Dünyadan

“Bavariya”da yeni müqavilə

Braziliya millisinin üzvü Rafinya “Bavariya” ilə yeni müqavilə imzalayıb.

İdmanxeber.com-un məlumatına görə, 31 yaşlı oyunçu ilə müqavilənin müddəti 2017/2018 mövsümünün sonuna kimi uzadılıb.

Qeyd edək ki, Rafinya 2011-ci ildən Münhen təmsilçisinin uğurları üçün çalışır. O, komandanın heyətində 186 oyun keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43