Dünyadan

“Bavariya”dan növbəti transfer – RƏSMİ

“Bavariya” növbəti transferini rəsmiləşdirib.

İdmanxeber.com-un məlumatına görə, Münhen klubu “Roma”nın müdafiəçisi Mehdi Benatianı heyətinə qatıb. 

Klubun rəsmi saytında yer alan xəbərə görə, müdafiəçi yaxın günlərdə Almaniyaya gələcək və tibbi müayinədən keçəcək. Bundan sonra təcrübəli futbolçu ilə 5 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, Xavi Martinesin zədələnməsindən sonra “Bavariya” müdafiəçi axtarışına çıxmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43