Dünya futbolu

“Bavariya”nın futbolçusu “Yuventus”a gedir

“Bavariya”nın yarımmüdafiəçisi Duqlas Kosta “Yuventus”a keçmək üzrədir.

İdmanxeber.com-un məlumatına görə, Turin təmsilçisi 26 yaşlı futbolçunu icarəyə götürəcək. İcarə müddəti 2 il olacaq və buna görə italyanlar Münxen təmsilçisinə 9 milyon avro ödəyəcəklər. Eyni zamanda “Yuventus” Kostanı 33 milyona almaq imkanına malik 1-ci klub olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43