Kateqoriyasız

“Belə oyunlarla bərkiyəcəyik” – Ayxan Abbasov

“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının VIII turunda “Zirə”yə uduzduqları oyundan sonra fikirlərini bildirib.

İdmanxeber.az xəbər verir ki, “CBC Sport”a danışan mütəxəssis 1:3 hesabıyla başa çatan matçı belə şərh edib:

“Rəqibin oturuşmuş heyəti var. İstədiyimiz qolu vurduq. Lakin müdafiədəki xırda səhvlər komandaya pis təsir etdi. Fasilədən sonra tez qol vurmaq istəyirdik, ancaq rəqib əks-hücumla fərqləndi. Rəqib də yaxşı müdafiə olundu. Belə oyunlar olacaq. Yeni komandayıq. Belə oyunlarla bərkiyəcəyik. Futbolçularıma alqış düşür. Çempionatda belə rəqiblərə qarşı oynamaq təcrübədir. Buna baxmayaraq, azarkeşlərimizin önündə xal qazanmaq istəyirdik.

İlk dəqiqələrdən rəqib yüksək pressinq edirdi. Müdafiədən çıxmağa çətinlik çəkdik. 15 dəqiqədən sonra təzyiq azaldı və hücuma çıxdıq. “Zirə”nin keyfiyyətli futbolçuları var. Onlar məcbur edir ki, müdafiəyə fikir verək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43