Ölkə futbolu

Belçikalı müdafiəçi Azərbaycanda çıxış edə bilər

Belçikalı müdafiəçi Migel Daxelet Azərbaycanda çıxış edə bilər.

Bu barədə futbolçunun formasını geyindiyi “Heyst” klubunun baş məşqçisi Si Boşaer məlumat verib.

Çalışdırıcının sözlərinə inansaq, Migelin klublarımızdan birinə keçidi gündəmdədi. Lakin həmin klubun adı gizli saxlanılır.

Qeyd edək ki, Migel Daxelet Belçikanın II liqasında çıxış edən “Heyst”ə mövsümün əvvəlində keçib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43