İdman

Bəlli oldu: Erməni futbolçu Azərbaycana gələcəkmi?

Avropa Liqasının I təsnifat mərhələsində “Qəbələ” ilə qarşılaşacaq Lüksemburqun “Proqres” komandası ölkəmizdəki matçda ciddi itki ilə çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, Lüksemburq klubunun erməni əsilli futbolçusu Aleksandre Karapetian Azərbaycanda baş tutacaq qarşılaşmada iştirak etməyəcək. Komandanın əsas qol ümidlərindən olan erməmi futbolçu ölkələr arasındakı problemə görə Azərbaycana gətirilməyəcək.

Qeyd edək ki, tərəflər arasındaklı ilk matç iyulun 12-də Qəbələdə keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43