Dünya futbolu

Benzema yenə də milliyə dəvət almadı

Fransa milli komandasının heyəti açıqlanıb.

Baş məşqçi Didye Deşam qarşıdakı oyunlar üçün 26 futbolçuya dəvət göndərib:

Qapıçılar: Alfons Areolya (PSJ), Benua Kostil (“Renn”), Uqo Loris (“Tottenhem”).

Müdafiəçilər: Lyuka Din (“Barselona”). Kristof Jalle (“Lion”), Prenel Kimpembe (PSJ), Loran Koselini (“Arsenal”), Benjeman Mendi (“Monako”), Samuel Umtiti (“Barselona”), Rafael Varan (“Real”), Kurt Zuma (“Çelsi”), Cibril Sidibe (“Monako”).

Yarımmüdafiəçilər: Pol Poqba (“Mançester Yunayted”), Nqolo Kante (“Çelsi”), Blez Matyuidi, Adrien Rabyo (hər ikisi PSJ), Florian Tove (“Marsel”), Mussa Sissoko (“Tottenhem”), Korenten Tolisso (“Lion”), Dimitri Payet (“Marsel”), Toma Lemar (“Monako”).

Hücumçular: Usman Dembele (“Borussiya”, Dortmund), Aleksandr Lakazett (“Lion”), Olivye Jiru (“Arsenal”), Kilian Mbappe (“Monako”), Antuan Qrizmann (“Atletiko”).

Qeyd edək ki, Fransa millisi iyunun 2-də yoxlama oyununda Paraqvay, 13-də isə İngiltərə ilə qarşılaşacaq. 9 iyunda isə fransızlar DÇ-2018-in seçmə mərhələsində İsveçlə üz-üzə gələcəklər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43