Dünya futbolu

Berluskoni Donnarummanın müdafiəsinə qalxdı

“Milan”ın keçmiş prezidenti Silvio Berluskoni Canluici Donnarummanın klubu tərk etmək fikrinə münasibət bildirib.

İdmanxeber.com-un məlumatına görə, İtaliyanın sabiq baş naziri gənc qapıçını müdafiə edib:

“Donnarumma 18 yaşlı yaxşı oğlandır. İndi o, çətin seçim qarşısındadı. Donnarumma böyük pulları və gələcək perspektivi düşünür.

Onu mühakimə etməyə dəyməz. Çünki bizdə parlamentdə öz komandasını dəyişmiş 500 siyasətçi var”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43