Ölkə futbolu

Berti Foqts: “Azərbaycanlı futbolçular…”

Sabah DÇ 2014-ün seçmə mərhələsi çərçivəsində doğma azarkeşlər önündə Şimali İrlandiyanı qonaq edəcək olan millimizin baş məşqçi Berti Foqts oyun öncəsi mətbuat konfransı keçirib. Təcrübəli mütəxəssis bunları deyib:

“Vacib oyun qabağı oxudum ki, bəzi insanlar tez hazırlığa başlamağımızdan narazı idi. Heyətdə 25 futbolçu var. Vaqif Cavadovun çiynində zədə var, Ruslan Abışov isə oyunu buraxacaq. Komandada təzyiq var. Ümid edirəm ki, peşəkar futbolçularımız buna dözəcək. Şimali İrlandiyanı yaxşı tanıyırıq. Kobud oynayırlar, başla yaxşıdılar. Təkbətək mübarizələrdə də həmçinin. Sözsüz ki, fərq böyükdü. Beynəlxalq və yerli oyunlar arasında fərq var. Azərbaycanlı futbolçular fərqlidilər. Bizimkilər gözəl oyunu, ötürməli oyunu sevirlər. Fikirləşirəm ki, hakim gözəl futbolumuza ləkə gətirməyəcək. Britaniyalılardan fərqli, biz kobud oynamırıq.”.

Foqts ötən ay İsraillə səfərdə keçirilən oyunu xatırlayıb: “Komandaya bildirdim ki, biz İsraillə oyunda qələbə qazanmalı idik. Səfərdə qələbəni əldən verdik. Taktiki baxımdan səhvə yol verəndə rəqiblər bunu bağışlamır. Mahir Şükürov orda səhvə yol vermişdi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43