19 Oktyabr 2020
Milli komanda

Berti Foqts: “Elə bir komandaya gedəcəyəm ki,..”

Azərbaycan millisinin baş məşqçisi Berti Foqts il sonunda başa çatacaq müqaviləsini yeniləməyəcək.

O, bu barədə “Sky Sports news hd”ə verdiyi müsahibəsində deyib. Təcrübəli mütəxəssis AFFA-nın artıq onun yerinə məşqçi axtardığı deyib:

Təsəvvür edin ki, bir məşqçinin hələ yarım illik müqaviləsi var və o, DÇ-2014-ün seçmə mərhələsinə hazırlaşır, ancaq rəhbərlik yeni məşqçi axtarır. Lakin mən də yeni müqavilə imzalamaq fikrində deyiləm”.

Millidən getdikdən sonra nə edəcəyi barədə suala isə 66 yaşlı mütəxəssis belə cavab verib: “Elə bir komandaya gedəcəyəm ki, orada titul uğrunda mübariz apara bilək. Həmin iddialı komandanın maliyyə durumu isə yaxşı olmalıdır. Çünki futbolçuya bəzən 30 milyon avro da xərcləməli olursan”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Millimizin baş məşqçisi: “Komanda elit-raundun oyunlarına 70 faiz hazırdır”

admin

Yığmamız 9 nəfərlə qaldığı oyunda Portuqaliyaya məğlub oldu

admin

Millimiz finalda – YENİLƏNİB

admin