Ölkə futbolu

“Beşiktaş” Azərbaycan klubu ilə danışıq aparır

Türkiyənin daha bir klubu Premyer Liqa təmsilçisimizlə yoldaşlıq oyunu keçirəcək.

“Beşiktaş” yaxın vaxtlarda Azərbaycana səfər edə bilər. Klub artıq bunun üçün təmaslara başlayıb. Bu görüşdən də əldə edilən gəlir Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkən insanlara bağışlanacaq.

Bir müddət öncə “Beşiktaş” klubunun rəhbəri Ahmet Nur Çebi Azərbaycanda yoxlama oyunu keçirmək istədiklərini açıqlamışdı.

İdmanxeber.az-ın məlumatına görə, İstanbul təmsilçisi “Sabah” klubu ilə qarşılaşmaq niyyətindədir.

Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov saytımıza açıqlaması zamanı bildirib. O, məsələ ilə bağlı bunları deyib:

“Beşiktaş”la yoldaşlıq oyununun keçirilməsi ilə bağlı hazırda danışıqlar davam edir. Bəzi nüanslar dəqiqləşdiriləndən sonra ictimaiyyətə əlavə məlumat veriləcək.”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43