Dünyadan

“Beşiktaş” Demba Banı geri qaytarır

“Beşiktaş” klubu heyətinə yeni futbolçu cəlb edir.

İdmanxeber.com-un məlumatına görə, İstanbul təmsilçisi sabiq futbolçusu Demba Banı geri qaytarır.

Çinin “Şanxay Şenxua” klubunun futbolçusu yaxın günlərdə İstanbula gedərək tibbi müayinədən keçəcək. “Beşiktaş”ın seneqallı hücumçunu mövsümün sonuna qədər icarəyə götürəcəyi bildirilir.

Qeyd edək ki, 2014-cü ildə “Çelsi”dən transfer olunan 31 yalı futbolçu 2015-ci ildə Çin klubuna satılıb. O, “qara qartallar”ın heyətində 44 oyuna 27 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43