Dünya futbolu

“Beşiktaş” – “Fənərbağça” derbisinin hakimi bəlli oldu

Türkiyə Super Liqasının 23-cü tur çərçivəsində keçiriləcək “Beşiktaş” – “Fənərbağça” matçının hakimləri bəlli olub.

Qarşılaşmanın baş hakimi Bülent Yıldırım olacaq. Ona Mustafa Eyisoy və Asım Yusuf Öz kömək edəcək. Görüşün dördüncü hakimi isə Serkan Tokat olacaq.

İstanbul derbisi fevralın 25-i saat 22:00-da oynanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43