Dünya futbolu

“Beşiktaş”da ciddi itki

“Beşiktaş”ın heyətində ciddi itki baş verib.

İdmanxeber.com-un məlumatına görə, İstanbul nəhənginin aparıcı futbolçularından olan Rikardo Kuarejma sıradan çıxıb. Portuqaliyalı yarımmüdafiəçinin ən azı 2 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Qeyd edək ki, 33 yaşlı futbolçu Avropa Liqasının 1/4 final mərhələsində “Lion”la  cavab matçında (2:1) zədələnib və Tolqay Arslanla əvəzlənib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43