İdman

“Beşiktaş”dan ayrılıb Çin klubuna getdi – FOTO

Beşiktaş”dan ayrılan ilk oyunçu müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, “ağ-qaralar” Duşko Toşiçlə vidalaşıb. 

Serbiyalı müdafiəçi “qara qartallar”ı Çinin “Quançjou Fuli” klubuna dəyişib. 33 yaşlı futbolçu yeni komandası ilə 3 illik müqavilə imzalayıb. Anlaşmanın dəyəri 10 milyon avrodur.

Qeyd edək ki, Toşiç “Beşiktaş”a 2015-ci ildə “Gənclərbirliyi”ndən azad agent kimi keçmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43