İdman

Bəxtiyar Soltanov yeni klubunda qol hesabını açdı

Futbol üzrə Azərbaycan I Divizionunda 14-cü turun görüşlərinə start verilib.

İdmanxeber.com-un məlumatına görə, ilk oyun günü 2 görüş baş tutub. Qarşılaşmalardan biri Tovuzda  – yerli “Turan Tovuz” və MOİK futbolçuları arasında baş tutub. Meydan sahibləri 26-cı dəqiqədə Elməddin Hüseynzadə ilə hesabı açsalar da, qələbə hesabını qoruya bilməyib. Əvvəlcə “hərbiçilər”dən 74-cü dəqiqədə Kamil Nurəhmədov status kvonu bərpa edib. Final fitinə saniyələr qalmış isə Orxan Həsənovla qalibiyyət qoluna sevinib. 1:2

Günün digər oyunu isə “İnter Arena”da reallaşıb. “Xəzər” və “Sabah” komandalarının duelində sevinən tərəf birincilər olub. 3:0 başa çatan matçda qollları İsa Cəbiyev, Bəxtiyar Soltanov və Tural Qürbətov aktivinə yazdırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43