Dünya futbolu

Beyl və Karvaxal finalda oynayacaq?

“Real”ın zədəli futbolçuları Qaret Beyl və Dani Karvaxalın Çempionlar Liqasının finalına kimi hazır olub-olmayacağı dəqiqləşib.

İspaniya mətbuatının yaydığı xəbərə görə, sözügedən oyunçular “Yuventus”a qarşı matça  hazır olacaqlar.

Q.Beyl və D.Karvaxal zədə səbəbindən La Liqanın son 3 görüşünü buraxacaqlar.

“Real” və “Yuventus” arasında ÇL-də keçiriləcək final matçı iyunun 3-ü oynanılacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43